Axtar
Axtar sizə müxtəlif məzmunları və məlumatı səs tanınması və klaviatura girişi vasitəsilə tapmaq və istifadə etməyə imkan verir.
Siz səsiniz vasitəsilə foto, video, musiqi və yazılar kimi müxtəlif çeşidli media axtara, eləcə də TV-nizin müxtəlif funksiyalarını aktivləşdirə bilərsiniz.
Siz səsiniz vasitəsilə foto, video, musiqi və yazılar kimi müxtəlif çeşidli media axtara, eləcə də TV-nizin müxtəlif funksiyalarını aktivləşdirə bilərsiniz.
Bu funksiya yalnız müəyyən modellər və ya müəyyən ölkələrdə mövcuddur.
Məzmunun axtarılması
- Pult üzərində
düyməsinə vurmaqla Axtar işə salın. - İstədiyiniz axtarış termini ilə müxtəlif məzmun və məlumatı axtarın.

- Axtarış terminini daxil et.
- Siz səs nəzarəti ilə axtarışı işə sala bilərsiniz.
- Axtar elementləri üçün parametrləri dəyişin.
TV-dəki axtarış funksiyası ilə birgə verilən proqramlarda axtarışı açmaq istəyirsinizsə, axtarış Axtar bölməsində keçiriləcək.
Axtarış nəticələri proqram, rejion, dil, şəbəkə parametrləri və şərt və qaydalarla razı olub-olmadığınızdan asılı olaraq fərqlənə bilər.
Axtarış nəticələri klaviatura girişi və səs girişindən asılı olaraq fərqlənə bilər.
TV-nin Funksiyalarının Səsli İdarəetmə ilə işlədilməsil
- Pultda
düyməsinə vuraraq Axtar keçirin, sonra TV ekranda
seçin.
Səsin tanınması rejimi aktiv ediləcək.Səsli tanınma rejiminə keçmək üçün sadəcə pult üzərindəki
düyməsinə vurub saxlaya bilərsiniz. - Axtarış açar sözü və ya icra etmək istədiyiniz əməliyyat üçün səsinizdən istifadə edin.

Mövcud Funksiyalar
| TV izlənməsi |
| Siz veriliş yaza, verilişləri dəyişə və səsi tənzimləyə bilərsiniz. Nümunə) “Səsi azaldın/artırın.” / “OOO (verilişin nömrəsi) yandırın.” / “OOO (verilişin adı) yandırın.” |
| TV Parametrlər |
| Siz girişi TV-yə qoşulmuş cihaza keçirə və ya TV parametrlərinizi konfiqurasiya edə bilərsiniz. Nümunə) "HDMI1 dəyiş" / "Video Parametrləri işə sal" / "İstifadəçi Təlimatını mənə göndər" / "Yuxu Taymerini işə sal" |
| Qısayollar |
| Siz TV-də quraşdırılan proqramları işə sala bilərsiniz. Nümunə) “Veriliş Bələdçisini mənə gösdər” / “Veriliş Məlumatını mənə göstər” / “Qoşulan Cihazı işə sal" |
| Hava / Vaxt |
| Siz hava və vaxt məlumatını yoxlaya bilərsiniz. Nümunə) “Hava” / “Bu həftə OOO (regionun adı) üçün hava." / “Saat neçədir?” / “Nyu York Vaxtı” |
| Məzmunun axtarılması |
| [Bu funksiya yalnız müəyyən ölkələrdə mövcuddur.] Siz TV Verilişlər və VOD, Filmlər və YouTube məzmunlar, foto, video, musiqi, yazılar kimi fayllar axtara bilərsiniz Nümunə) "OOO(Filmin adı) axtar" / "YouTube-da OOO axtar" |
Bu funksiya yalnız müəyyən modellər və ya müəyyən ölkələrdə mövcuddur.
Aydın mənası olan söz və ya kəlmə söyləsəniz, heç bir seçim və ya təsdiq olmadan müvafiq funksiya həyata keçiriləcək.
Bu funksiyadan istifadə etmək üçün siz Səs Tanınması Dili və Menyu Dili istifadə etdiyiniz dilə qurmalısınız.
Mövcud funksiyalar ölkədən asılı olaraq fərqlənə bilər.
Yuxarıda nümunə kimi göstərilən kəlmələr istifadə edilən həqiqi kəlmələrdən fərqlənə bilər.
Nitqin Tanınması ilə bağlı Xəbərdarlıqlar
Səsin tanınması üçün müəyyən modellərdə dəstəklənməyə bilən Sehirli Pult tələb edilir.
Bütün nitq tanıma funksiyalarından istifadə etmək üçün siz şəbəkə, verişilş, region və s. qurmalısınız. Əks halda, siz bəzi funksiyalardan istifadə edə bilməzsiniz.
Şəbəkə bağlantınız yoxdursa, verilişin keçirilməsi bəzi verilişlər üçün mövcud olmur.
Şəbəkə bağlantınız varsa, nitq tanınmasından istifadə etmək üçün şərt və qaydaları qəbul etməlisiniz.
Siz
Ümumi Dil Səs Tanınması Dili nitqin tanınmasını dəyişə bilərsiniz.
Ümumi Dil Səs Tanınması Dili nitqin tanınmasını dəyişə bilərsiniz.Bəzi ölkələrdə siz region və ya verilişləri qurmadan Axtar istifadə edə bilərsiniz.
Nitq tanınmasının dərəcəsi istifadəçinin xassələrindən (səsin ucalığı, tələffüz, aksent və danışıq sürəti) və ətraf səslərdən (səs və TV səsi) asılı olaraq fərqlənə bilər.
Nitqin dəqiq tanınmasına nail olmaq üçün siz sözləri Sehirli Pultun mikrofonundan 10 sm-ə qədər aralıda müvadiq səs həcmi ilə yavaş və dəqiq qaydada tələffüz etməlisiniz.
Nitqinin düzgün tanınmırsa, nitq tanınması orijinal şəkildə nəzərdə tutulandan fərqli işləyə bilər.
STB əlaqə cihazını TV-yə qoşduqdan sonra Sehirli Pultda nitq tanınmadan istifadə edirsinizsə, səsin yazılması bitdikdən sonra Sehirli Pultu STB cihazına tuşlamağı məsləhət görürük.