3D Təsvirlərin izlənməsi
Siz 3D yayımlara baxmaqla, 3D məzmunu görüntüləməklə və ya 3D imkanı olan Blue-ray pleyerini qoşmaqla və onda 3D videolarını izləməklə 3D videolardan zövq ala bilərsiniz. Siz eyni zamanda 2D videolarını 3D-yə çevirə bilərsiniz.
  1. 3D başlığını səsləndirin və ya 3D məzmunu yayımlayan verilişə dəyişin.
  2. 3D eynəyi taxın.
  3. 3D3D düyməsinə vursanız, təsvir 3D rejiminə keçəcək.
  4. 3D video izləyən zaman 3D videosunu dayandırmaq üçün 3D3D düyməsinə vurun.
Giriş siqnalından asılı olaraq mövcud 3D növləri fərqli ola bilər.
3D Videolarını izləyən zaman diqqətli olun
3D videolarını ekranın diaqonal uzunluğundan iki dəfə uzun məsafədə izləmək tövsiyə edilir.
Yüklənməli olan pəncərə növlü eynəklərlə 3D videolarını düzgün izləyə bilməzsiniz.
Bu TV-də dəstəklənməyən 3D yayım bazardan əldə edilibsə, 3D yayımları izləyə bilmək üçün STB əlaqə cihazı kimi cihaz almalı ola bilərsiniz.
3D Video Eynəklərindən istifadə edən zaman diqqətli olun
3D eynəklərindən adi eynəklər, günəş eynəkləri və ya qoruyucu eynəklər kimi istifadə etməyin. Bu, xəsarətə səbəb ola bilər.
3D eynəklərini çox isti və ya çox soyuq mühitdə saxlamayın. Bu, onların korlanmasına səbəb ola bilər. Korlanmış eynəklərdən istifadə etməyin.
3D eynəklərini yerə salmayın və ya digər obyektlərlə təmasına imkan verməyin. Bu, məhsula ziyan vura bilər.
3D eynəklərinin linzaları (polarizasiya edilən film) asanlıqla cızıla bilər. Onları təmizləmək üçün yumşaq, təmiz parçadan istifadə edin. Diqqət: Parça üzərində olan yad cisimlər eynəkləri cıza bilər.
3D eynəklərinin linzalarını iti obyektlərlə cızmayın və ya kimyəvi maddələrlə onları təmizləməyin. Linzalar cızılarsa, 3D təsvirləri normal görünməyə bilər.