USB-nin qoşulması
USB yaddaş cihazını (USB HDD, USB Fləş-Drayv) TV-dəki USB portuna qoşun və USB yaddaş cihazında saxlanan məzmun fayllarından TV-də zövq alın.
USB yaddaş cihazından istifadə üzrə məsləhətlər
USB yaddaş cihazında daxildə qurulmuş avtomatik tanınma proqramı vardır və o, tanına bilməyən öz drayverindən istifadə edir.
Bəzi USB yaddaş cihazları dəstəklənməyə və ya düzgün işləməyə bilər.
USB genişləndirmə naqilindən istifadə edirsinizsə, USB yaddaş cihazı tanınmaya və ya düzgün işləməyə bilər.
Zəhmət olmasa, yalnız Windows ƏS ilə təmin edilən FAT32 və ya NTFS fayl sistemləri ilə format edilən USB yaddaş cihazlarından istifadə edin.
5 V və ya daha az gərginliyi və 500 mA və ya daha az cərəyanı olan xarici USB HDD cihazından istifadə etmək tövsiyə edilir.
Enerji mənbəyi olan USB şəbəkəsi və ya sərt disk drayverindən istifadə etmək tövsiyə edilir. (Enerji mənbəyi kifayət enerji təmin etməzsə, USB yaddaş cihazı düzgün aşkar edilməmiş ola bilər.)
32 GB və ya daha az yaddaşı olan USB Fləş-Drayv və ya 2 TB və ya daha az yaddaşı olan USB HDD-dən istifadə etmək tövsiyə edilir.
Enerjiyə qənaət funksiyası olan USB HDD işləməzsə, sərt diski söndürüb yenidən yandırın və düzhün işləməsini təmin edin. Ətraflı məlumat almaq üçün sahibin USB HDD ilə bağlı təlimatına baxın.
USB yaddaş cihazındajı məlumat zədələnmiş ola bilər, odur ki, mühüm faylların ehtiyat nüsxəsini çıxarmaq tövsiyə edilir. İstifadəçilər məlumatın idarə edilməsi üçün məsuliyyət daşıya bilər. İstehsalçı heç bir məsuliyyət daşımır.
USB yaddaş cihazını ayırmaq üçün Daxiletmələr qoşulmuş USB seçin və Çıxart düyməsini vurun.
Çıxart vurmadan USB yaddaş cihazını ayırsanız, TV və ya yaddaş cihazında xəta ola bilər.
Daxiletmələr açmaq üçün
Bütün Daxiletmələr seçin.
Çıxart vurmadan USB yaddaş cihazını ayırsanız, TV və ya yaddaş cihazında xəta ola bilər.
Daxiletmələr açmaq üçün
Bütün Daxiletmələr seçin.
Başqa bağlantı metodları barədə daha ətraflı məlumat almaq üçün
Cihaz Birləşdiricisi keçin
Cihaz Birləşdiricisi keçin
USB yaddaş cihazını format etmək üçün Daxiletmələr qoşulmuş USB seçin və Formatlaşdır düyməsini vurun.
Format etdikdən sonra USB yaddaş cihazındakı bütün məlumatlar silinəcək və NTFS və ya FAT32 fayl sistemi kimi format ediləcək.
Format etdikdən sonra USB yaddaş cihazındakı bütün məlumatlar silinəcək və NTFS və ya FAT32 fayl sistemi kimi format ediləcək.
USB yaddaş cihazını qoşan zaman eskizlərin saxlanması və əldə edilməsi kimi Ağıllı TV xidmətlərini təmin etmək üçün təsadüfi fayl/qovluq yadarıla bilər.