Kompüteri ekranını TV-də görməkü çün
Naqilsiz qoşul
  1. Pultda HOMEƏSAS EKRAN düyməsinə vurun.
  2. Siz Screen Share proqramını aça bilərsiniz.
  3. Qoşulmaq istədiyiniz cihazda Intel® WiDi açın.
  4. TV-niz mövcud cihazlar siyahısında görünəcək.
  5. Əlaqə sorğusu vermək üçün TV seçin və 8 rəqəmli PIN daxil etməli olduğunuzu göstərən mesaj TV ekranda görünəcək.
  6. PIN daxil edin və Qoşun seçin.
  7. Əlaqə yarandıqdan sonra TV qoşulan cihazı ekranını göstərəcək.
Müvafiq bağlantı üçün TV-nizə qoşulacaq cihazı hər zaman ən son ƏS versiyasına yeniləməniz tövsiyə edilir.
Intel® WiDi ilə qoşulan zaman cihazı TV-yə yaxın yerləşdirmək tövsiyə edilir.
Intel® WiDi naqilsiz ruter olmadan əlaqəyə imkan verir. Ən yaxşı nəticələr üçün cihazı 5 GHz tezlikli ruterə qoşun.
Bu funksiya yalnız Intel® WiDi dəstəkləyən kompüterlərdə mövcuddur.
O, Intel® WiDi 3,5 versiyası ilə bağlantını dəstəkləyir.
Cavab dərəcəsi istifadəçinin mühitindən asılı olaraq fərqlənə bilər.
Bu, Windows versiyasından fərqlənir. Qoşulmaq istədiyiniz cihaz barədə ətraflı məlumat almaq üçün onun istifadəçi təlimatına istinad edin.
Screen Share proqramını işə saldıqdan sonra Qulaqasma Rejimi yandırın. Siz Screen Share proqramını açmadan da cihaza qoşula bilərsiniz.
Qulaqasma Rejimi AP-a qoşulan zaman naqilsiz əlaqənin işinə təsir edə bilər. Naqilsiz işlə bağlı hər hansı problemlər yaranarsa, Qulaqasma Rejimi söndürmək tövsiyə edilir.
Ətraflı məlumat almaq üçün Screen Share proqramına istinad edin.
Bağlantı davamlı olaraq alınmazsa, TV-ni və qoşulmaq istədiyiniz cihazı söndürün və yenidən yandırıb təkrar cəhd edin.
Naqilli bağlantı
HDMI naqili ilə kompüteri TV-yə qoşun.
Zəhmət olmasa, TV ilə birgə təmin edilən Sahibin Təlimatına (Kompüterin qoşulması) istinad edin.