TV Kamera ilə Şəkil Çəkilməsi
Siz ağıllı TV-nizdəki kamera ilə şəkil və ya video çəkə bilərsiniz.
- Pultda
düyməsinə vurun. - Kamera proqramını açın.

- Siz kamera funksiyalarını konfiqurasiya edə bilərsiniz.
- Siz geniş çeşidli çərçivə effektlərindən istifadə edərək şəkillər çəkə bilərsiniz.
- Ekranın miqyasını artırır və ya azaldır. Miqyası kiçiltdikdən sonra video çəkmək üçün xüsusi nöqtədə fokusu tənzimləyə bilərsiniz.
- Şəkil və ya video çəkmək üçün pəncərə düyməsinə vurun.
- Rejimlər arasında keçid etmək üçün şəkil/video keçid düyməsinə vurun.
- Siz artıq çəkilən şəkil və ya videolara baxa bilərsiniz.
Kameradan istifadə etmək üçün xüsusi LG kamera quraşdırılmalıdır. (Ətraflı məlumat almaq üçün LG vebƏS TV quraşdırma təlimatı və ya kamera sahibinin təlimatına baxın.)
Kamera Parametrlərinin konfiqurasiya edilməsi
Kamera proqramını açın və KAMERA PARAMETRLƏRİ düyməsinə vurun.
| Ümumi Parametrlər |
| Siz şəkil/videoların ölçülərini, eləcə də şəkillər/videolar saxlanan cihazı konfiqurasiya edə bilərsiniz.
Şəkil və ya videi fayllar Daxili Yaddaşda saxlandıqda siz onları yalnız TV-də izləyə bilərsiniz; onlar xarici cihaza keçirilə bilməz. |
| Foto Parametrləri |
| Siz şəkil çəkmə seçimlərini qura bilərsiniz. |
| Video Parametrləri |
| Siz video yazı keyfiyyətini qura bilərsiniz. |
| İLKİN VƏZİYYƏTİNƏ BƏRPA ET |
| Siz ilkin parametrləri bərpa edə bilərsiniz. |
USB yaddaş cihazı üçün yalnız Windows-da təmin edilən NTFS fayl sistemi ilə format edilmiş USB sərt diskindən istifadə edin. Yaddaş cihazı qeyri-Windows cihazı proqramı ilə format edilərsə, o, düzgün işləməyə bilər.
Çəkilən şəkil/videoya baxış
Siz çəkdiyiniz şəkilləri və videoları yoxlaya/silə və ya onlara müxtəlif effektlər əlavə edə bilərsiniz.
Şəkil və ya video çəkdikdən sonra Kamera proqramının aşağısında QALEREYA vurun.
Şəkil və ya video çəkdikdən sonra Kamera proqramının aşağısında QALEREYA vurun.

- Şəkil çəkilən ekrana qayıtmaq üçün bu düyməyə vurun.
- Siz şəkillərinizə müxtəlif effektlər tətbiq edə bilərsiniz.
- Siz baxmaq istədiyiniz şəkil/videolar olan yeri seçə bilərsiniz.
- Siz çox sayda element seçə və ya onları silə bilərsiniz.
- Məzmuna baxmaq üçün şəkil/video siyahısını bağlayın.
Siyahı bağlı olduqda siz yuxarı bannerdə məzmun barədə məlumat görəcəksiniz.
Şəkillərə effekt tətbiq edilməsi
- Çəkilən şəkillər siyahısından şəkil seçin.
- Effektlər düyməsinə vurun.
- Effekt seçin, tətbiq edin və SAXLA vurun.
