Nitq vasitəsilə TV Funksiyalarından istifadə etmək
Siz nitqin tanınması vasitəsilə TV-nin müxtəlif funksiyalarına asanlıqla və cəld daxil ola bilərsiniz.
  1. Pultda MikeMike düyməsini basıb saxlayın və işə salmaq istədiyiniz funksiyanı və ya axtarışınız üçün istifadə etmək istədiyiniz açar sözü ucadan deyin.
  2. Nitqi daxil etdikdən sonra MikeMike düyməsini buraxan kimi müvafiq funksiya işə salınacaqdır.

Səsin tanınmasıSəsin tanınması

Bu funksiya yalnız müəyyən modellər və ya müəyyən ölkələrdə mövcuddur.
Bu funksiyadan düzgün istifadə etmək üçün Səs Tanınması DiliMenyu Dili eyni dilə təyin edilməlidir. Məkan dəqiq axtarış nəticələri üçün dilə uyğun gəlməlidir. Əgər yer və dil parametrləriniz fərqlidirsə, bəzi funksiyaların istifadəsi mümkün olmaya bilər.
Siz ƏSAS EKRANƏSAS EKRAN Nişanı qurNişanı qur Bütün Parametrlər nişanıBütün Parametrlər nişanı Ümumi Dil (Language) Səs Tanınması Dili nitqin tanınmasını dəyişə bilərsiniz.
Xidmətin təfərrüatları ölkəyə dəyişə bilər.
Nəzərə alın ki, S.Z. Xidməti LGE və ya onun üçüncü tərəf provayderləri tərəfindən bildiriş olmadan dəyişdirilə, silinə və ya xitam verilə bilər.
Səs əmri ilə istifadə edə bildiyiniz funksiya nümunələrinə baxmaq üçün pultda MikeMike düyməsinə basın.
Mövcud Funksiyalar
TV funksiyalarından istifadə edin
TV-yə baxma
TV-ni söndür / Səs səviyyəsini çoxalt/azalt / Kanalı irəli/geri çevirin / Kanal 20 (kanalın nömrəsi) / Kanal OOO (kanalın adı) / 'OOO(proqramın adı)' proqramını göstərin / 'OOO(proqramın adı)' başladıqda mənə göstərin / 'OOO(proqramın adı)' proqramını yazın / Live Playback seçimini yandır
Daxiletmələri dəyişdir
Mənə daxiletmə siyahısını göstər / HDMI 1 / Oyun konsoluna keçir / Siqnal qəbul edən qurğuya keçir
Parametrləri dəyişdir
Ekranı parlaqlaşdırın/tündləşdirin / Ekranı daha canlı qurun / Kino Şəkli Rejimi (şəkil rejimi seçimi) / 16:9 Nisbət (nisbət seçimi) / Standart Səs Rejimi (səs rejimi seçimi) / Oyun Rejiminə dəyişdir / Bluetooth-u qoş / HDMI ARC-a dəyiş (Səs Çıxışı seçimi) / TV-ni 30 dəqiqə sonra söndürün / Video Təsvir seçimini yandır / Audio Təlimat seçimini yandır / Bağlı Başlıq seçimini yandır
Funksiyalara/proqramlara keçin
Başlanğıc Ekran / Ən Son / CƏLD MÜRACİƏT / Parametrlər / Şəkil parametrləri / Səs parametrləri / Kanal parametrləri / Şəbəkə parametrləri
TV-dən axtarın
TV verilişləri və VOD-ni axtarın
'OOO(proqramın adı)' axtarın / 'OOO(ad)' ilə ulduzlanmış TV proqramlarını axtarın / Mənə filmləri göstər / Axşam saat 7-də başlayan TV proqramlarını mənə göstər / Mənə baxmaq üçün bir məzmun tövsiyə et
Məzmun haqqında daha çox məlumat axtar
Mənim üçün 'OOO(proqramın adı)' proqramında saundtrekləri tapın / 'OOO(filmin adı)' filminin rejissoru kimdir? / 'OOO(proqramın adı)' proqramında mənə süjeti göstərin
Məzmunumu axtar
Fotolarımı mənə göstər / Musiqimi ifa et / 'OOO(proqramın adı)' proqramının yazısını ifa edin
Digər məlumatı axtar
'OOO(ad)' kimdir? / Bu gün hava necədir? / 'OOO(regionun adı)' regionunda indi saat neçədir?
İstifadəçi Təlimatından axtarın
Mənim üçün İstifadəçi Təlimatından 'OOO(funksiya adı)' tapın
Nitqin Tanınması ilə bağlı Xəbərdarlıqlar
Səsin tanınması üçün müəyyən modellərdə dəstəklənməyə bilən Sehirli Pult tələb edilir.
Bütün nitq tanıma funksiyalarından istifadə etmək üçün siz şəbəkə, verişilş, region və s. qurmalısınız. Əks halda, siz bəzi funksiyalardan istifadə edə bilməzsiniz.
Şəbəkəyə qoşulmayıbsa, kanal adlarından istifadə etməklə, siz bəzi kanal dəyişmə funksiyalarından istifadə edə bilməyəcəksiniz.
Şəbəkə bağlantınız varsa, nitq tanınmasından istifadə etmək üçün şərt və qaydaları qəbul etməlisiniz.
Səs tanınması xüsusiyyətilə TV-yə qoşulmuş idarəetmə qutusunu idarə etmək məqsədilə Universal Control-u quraşdırmaq üçün ƏSAS EKRANƏSAS EKRAN CİHAZ BİRLƏŞDİRİCİSİ keçin.
Səs daxiletməsindən sonra Magic Remote-u idarəetmə qutusuna doğru yönləndirmək tövsiyə olunur.
Nitq tanınmasının dərəcəsi istifadəçinin xassələrindən (səsin ucalığı, tələffüz, aksent və danışıq sürəti) və ətraf səslərdən (səs və TV səsi) asılı olaraq fərqlənə bilər.
Nitqin dəqiq tanınmasına nail olmaq üçün siz sözləri Sehirli Pultun mikrofonundan 10 sm-ə qədər aralıda müvadiq səs həcmi ilə yavaş və dəqiq qaydada tələffüz etməlisiniz.
Nitqinin düzgün tanınmırsa, nitq tanınması orijinal şəkildə nəzərdə tutulandan fərqli işləyə bilər.