OLED Ekranının qurulması
ƏSAS EKRANƏSAS EKRAN Nişanı qurNişanı qur Bütün Parametrlər nişanıBütün Parametrlər nişanı Şəkil OLED Panel Parametrləri
OLED Panel Parametrləri ilə siz ekran müəyyən müddət yanılı olan zaman təsvirin ilişməsi ilə əlaqədar keyfiyyət problemlərini həll edə bilərsiniz.
Piksel Təzələyicisi
TV-niz uzun müddətlik söndürüldükdə, o, ekranda yarana bilən hər hansı problemləri yoxlayır.
Kalibrləmə bir saatdan çox vaxt aparır.
  • TV SÖNƏN KİMİ BAŞLA : Baxmağı bitirdikdən sonra TV-ni söndürmək üçün İşəsalma düyməsinə basın. Piksel Təzələyicisi icra olunmağa başlayacaqdır.
  • İNDİ BAŞLA : TV-niz dərhal sönür və Piksel Təzələyicisi icra olunmağa başlayır. Hazır olduqdan sonra TV avtomatik olaraq yenidən yanır.
Əgər TV-ni yandırsanız, Piksel Təzələyicisi işləməsini dayandıracaq.
Ekran Dəyişməsi
Bu, displey panelində təsvirin ilişməsinin qarşısını almaq üçün mütəmadi intervallarla ekranı azca hərəkət etdirir.