Teletext-dən istifadə etmək üçün
Teletext TV verilişlər, xəbərlər və hava haqqında mətn əsaslı məlumat təklif edən TV stansiya tərəfindən təmin edilən pulsuz xidmətdir.
Bu TV-nin Teletext dekoderi SIMPLE, TOP və FASTEXT sistemlərini dəstəkləyə bilər.
  1. TV-yə baxdığınız zaman pultunuzda TEXT düyməsinə basın.
  2. TELETEXT pəncərəsi görünür.
  3. TELETEXT pəncərəsində pultunuzun TEXT düyməsinə basmaqla eyni vaxtda TV yayımlar və TELETEXT-ə baxa bilərsiniz.
Rəng düyməsi
Əvvəlki və ya sonrakı səhifəni seçmək üçün.
Rəqəm düyməsi
Keçiləcək səhifənin nömrəsini daxil edir.
KanallarKanallar YuxarıYuxarı / AşağıAşağı Düyməsi
Əvvəlki və ya sonrakı səhifəni seçmək üçün.
Bu funksiya yalnız müəyyən ölkələrdə mövcuddur.
Xüsusi Teletext Funksiyası
  1. Pultda T.OPT düyməsinə vurun.
  2. TELETEKST menyusunu seçin.
İndeks nişanıİndeks nişanı İndeks
Hər indeks səhifəsini seçin.
Vaxt nişanıVaxt nişanı Vaxt
TV veriliş izləyən zaman ekranın yuxarı sağ hissəsinə vaxtı göstərmək üçün bu menyunu seçin. Teletekst rejimində alt-səhifə nömrəsini seçmək üçün bu düyməyə basın. Alt səhifə nömrəsi ekranın aşağısında göstərilir. Alt səhifəni saxlamaq və ya dəyişdirmək üçün QırmızıQırmızı / YaşılYaşıl, SolSol / SağSağ və ya Rəqəm düymələrini basın.
Nişanı saxlaNişanı saxla Saxla
Teletext səhifəsində 2 və ya daha çox alt-səhifə olduqda avtomatik səhifə dəyişməsini dayandırır. Alt səhifələrin nömrəsi və görünən alt səhifə adətən vaxtın aşağısında ekranda göstərilir. Bu menyu seçiləndə dayandır simvolu ekranın yuxarı sol küncündə göstərilir və avtomatik səhifə dəyişməsi qeyri-aktiv olur.
Görüntüləmə nişanıGörüntüləmə nişanı Göstər
Tapmaca və ya pazlların həlli kimi möhürlənmiş məlumatı göstərmək üçün bu menyunu seçin.
Yeniləmə nişanıYeniləmə nişanı Yenilə
Yeni teletekst səhifəsini gözləyən zaman ekranda TV şəklini göstərir. Displey ekranın yuxarı sol küncündə görünəcəkdir. Yenilənmiş səhifə mövcud olanda, displey səhifə nömrəsinə dəyişəcəkdir. Yenilənmiş teletekst səhifəsinə baxmaq üçün bu menyunu yenidən seçin.
Dil
Teletext dilini qurur.
Yalnız Rəqəmsal Rejimdə
Teletext Dilini qurmaq üçün
İki və ya daha çox Teletext dili yayımlanan zaman Teletext dilindən istifadə edin.
  1. Pultda ƏSAS EKRANƏSAS EKRAN düyməsinə vurun və yuxarı sağ hissədə Nişanı qurNişanı qur seçin.
  2. Bütün Parametrlər nişanıBütün Parametrlər nişanı Ümumi Dil (Language) Əsas Telekest Dili / İkinci Telekest Dili seçin.
Yalnız Rəqəmsal Rejimdə
Seçilən dildə Teletext məlumatı yayımlanmırsa, defolt dil görünəcək.
Yanlış yerli ölkə seçsəniz, teletext ekranda düzgün görünməyə bilər və teletext əməliyyatı zamanı bəzi problemlər yarana bilər.