Wi-Fi Direct Funksiyasından istifadə
Şəbəkə
Wi-Fi Direct
Wi-Fi Direct sizin TV-nizə internet bağlantısı olmadan Wi-Fi Direct aktiv olan cihazlarla qoşulmaq imkanı verən funksiyadır. Siz Foto və Video və Musiqi proqramlarında Wi-Fi Direct ilə qoşulan cihazlarda saxlanan faylları aça bilərsiniz.
- Qoşulmaq istədiyiniz cihazda Wi-Fi Direct aktiv edin.
- Qoşula bilən cihazlar siyahısından qoşulacaq TV-ni seçin.
- Siz TV-də qoşulma sorğusunu qəbul edən kimi Wi-Fi Direct qoşulacaqdır.
- İstədiyiniz qoşulmuş cihazdan ağıllı cihazın məzmun paylaşma xüsusiyyətindən istifadə etməklə, TV-də açmaq istədiyiniz video, musiqi və foto faylları seçin.
- Siz Foto və Video və Musiqi proqramlarında Wi-Fi Direct ilə qoşulan cihazlarda saxlanan faylları aça bilərsiniz.
Əgər TV-yə əvvəl qoşulmuş cihaz qoşulma sorğusunu yenidən göndərirsə, o, avtomatik olaraq qoşulacaqdır.
Wi-Fi Direct qoşulu olarkən Screen Share proqramını işə salsanız, Wi-Fi Direct ilə bağlantı kəsiləcəkdir.